15 iyun bütün dünyada Külək günü qeyd olunur. Günün keçirilməsində əsas məqsəd dünyanın diqqətinin küləyin enerji potendialına çəkməkdir. Külək Günü 2007-ci ilin 15 iyunundan qeyd olunmağa başlayıb. Bütün
dünyada isə bu gün 2009-cu ildən keçirilir. Günün keçirilməsində əsas məqsəd toplumun diqqətini küləyin enerji potensilına cəlb etməkdir. Bu günün keçirilməsi ideyası avropalılara məxsusdur. Bu gün Avropa Külək enerjisi assosiyası və Dünya Külək enerjisi Şurası tərəfindən təsis olunub. Onlar əsas arqumentləri isə 21-ci əsrdə külək enerjisinə böyük ehtiyac olacağı idi.
Bu bayramı külək enerjisindən istifadə edən, eləcə də buna maraqlı olan və təbii resurslardan faydalı istifadəni dəyərləndirən ölkələr bayram edir.
Bu günün qeyd olunmasının öz gələnəkləri var. Həmin gün mövzu ilə bağlı elmi tədbirlər keçirilir, mühazirələr oxunur, seminarlar keçirilir
Bundan başqa hər kəsin analaya biləcəyi məqalələr dərc olunur, sərgilər təşkil olunur.
Bilim insanları küləklə bağlı maraqlı faktlar da açıqlayıblar. Bir: Külək enerjisi təhlükəsizdir.Küləkdən faydalı istifadə olunarsa qaz və neftlə rəqabət qabiliyyətinə malikdir. İkincisi: Hər növ küləyin həm xalq arasında, həm də elmi adları var. Heç bir təbiət hadisəsi belə ad müxtəlifliyi ilə sevindirmir. Məsələn: Azərbaycanda xəzri, gilavar, digər ölkələrdə, qarpız, keçi saqqalı, ölü və skimi maraqlı adları olan küləklər var.
Üçüncü. Küləyin gücü əslində çox güclüdür. Bu güc okeanların köməyi ilə səngiyir. Əgər belə olmasaydı hava kütləsi planetdə olan hər şeyi göyə sovurardı.
Dördüncü fakt isə odur ki, Günəş sistemində ən sürətli külək Neptun planetindədi. Burda küləyin sürəti saatda 2200 kilometrdi.