124 YAŞLI AZƏRBAYCAN KİNOSU
Baxış sayı: 560
Bu gün Azərbaycan Kinosu Günüdür. Ümummilli lider Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü kimi qeyd olunur.
Bu gün Azərbaycan kinosu yaranmasının 124-cü ildönümünü qeyd edir.
Azırbaycan mədəniyyət və incəsənətin bütün sahələrində qədim və zəngin tarixə malik bir ölkədir. Milli kinomuzun yaranması tarixi də ölkəmizi ilklər sırasında təmsil edir. Kino XIX əsrin ən maraqlı kəşfidir. 1895-ci ildə meydana gələn kino o dövrün bütün texniki yeniliklərini üstələyərək bəşəriyyətin daha çox diqqətini çəkdi. 1895-ci il dekabrın 28-də Fransada yaranan, Lui və Ogüst Lümyer qardaşlarının adı ilə bağlı olan sinematoqraf bütün dünyanı təəccübləndirdi. Və cəmi 3 ildən sonra, yəni 1898-ci il iyun ayının 21 də Aleksandr Mixayloviç Mişon Bakıda eksperiment xarakterli “Bibiheybətdə neft fontanı yanğını”, “Qafqaz rəqsi”, “İlişdin filmlərini göstərmişdir. Adı çəkilən süjetlər 1900-cu ildə Parisdə keçirilən Ümumdünya sərgisində nümayiş etdirilmiş, “Bibiheybətdə neft fontanı yanğını” kinosüjeti dünya kino sənəti salnaməsinin qızıl fonduna daxil edilmişdir. 1915-ci ildə "Neft və milyonlar səltənətində" romanı əsasında eyni adlı ilk Azərbaycan bədii filminin çəkilişinə başlandı. Filmdə Lütfəli bəy rolunu Hüseyn Ərəblinski oynamışdır. 1916-cı ildə Bakıda Üzeyir Hacıbəyovun "Arşın mal alan" operettası əsasında ilk Azərbaycan kinokomediyası çəkildi. 1919-cu ildə isə Azərbaycanın müstəqilliyinin ildönümü münasibətilə "Təntənə" adlı tammetrajlı film ekranlarda nümayiş etdirildi.
1920-ci ildən sonra Azərbaycanda sovet kinosu erası başladı. Həmin illərdə çəkilən “Ulduz”, “Şərikli cörək”, “Bizim Cəbiş müəllim” və digər filmlərin ideoloji xətti olsa da, onları bizə sevdirən milli ruhun, milli adət-ənənələrin özündə əks etdirmələridir. Ümummilli lider Heydər Əliyevin Azərbaycan kinematoqrafiyasının inkişafında rolu çox böyük olmuşdur. (Film 17.44. – 17.58.) Hələ 1970-80-ci illərədə Azərbaycana rəhbərlik etdiyi dövrdə kino sənətinin inkişafına, həmin sahədə çalışanlara qayğı və hörmətlə yanaşan Heydər Əliyev Azərbaycan Prezidenti seçildiyi gündən respublikanın kino sənəti xadimlərindən öz qayğı və məhəbbətini əsirgəmədi. Onun 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı - Azerbaycan Kinosu Günü kimi qeyd olunur.