Rusiyanın “Red Vings” aviadaşıyıcısının reyslərinin ləğvi səbəbindən 1200-dən çox rusiyalı turist Türkiyənin Antalya kurortunda qalıb. Bu barədə Rusiyanın
Türkiyədəki səfiri Aleksey Yerxov bilgi verib.
Aleksey Yerxovun sözlərinə görə, son vaxtlar həm Rusiya, həm də Türkiyə aviaşirkətlərinin reyslərində gecikmələr çox tez-tez baş verir. Ancaq əksər hallarda gecikmə 1 saatdan, 3 saata qədər olur və sərnişinlər üçün xüsusi problem yaratmırdılar: “Reyslərin texniki səbəblərə görə təxirə salınması səbəbindən 1200-dın çox rus turist Antaliyadan uça bilmir. Rusiyanın Baş Konsulluğu məsələnin həlli ilə bağlı çalışır”.