Son illər turizm sahəsində böyük inkişafa nail olan Azərbaycan, öz turizm imkanlarını dünyaya nümayiş etdirməyə davam edir. Ölkəmiz artıq beynəlxaq turizm tədbirlərinə qatılmaqla qalmayıb, belə tədbirlərə ev sahibliyi edir.
2019-cu ildə Naftalana 40 minə yaxın yerli və xarici turist gəlib. Bu da 2018-ci illə müqayisədə 11,4% artım deməkdir. Dünya şöhrətli Naftalanın turizm inkişaf planının icrasına start verilməsi bu şəhəri sağlam həyat sürmək istəyənlər üçün mərkəzə çevirəcək.
Türkiyəli alpinistlər Xocalı şəhidləri üçün dağa dırmandılar .Haça dağına dırmaşan türk alpinistləri 28 il əvvəl Xocalı faciəsində şəhid olanların xatirəsini yad etdilər.
Xocalı faciəsi bəşəriyyətin ən dəhşətli hadisələrindən biridir.Xalqımıza qarşı törədilən bu amansız soyqırımdan 28 il ötür.
Xocalı soyqırımının ildönümü münasibətilə ümumrayon toplantısı keçirilib.Öncə Xocalı-qan yaddaşımız mövzusundakı sərgiyə baxış olub.Sərgidə nümayiş olunan nümunələrin əsas mövzusu o idi ki,müharibə bəşəriyyətin ən pis xəstəliyi, soyqırımı isə heç sağalmayan yarasıdır.
26 fevral Azərbaycan tarixinin qanlı səhifələrindən biridir. Xocalı əhalisnin başına gələn faciə dünyada misli görülməmiş hadisələr siyahısına salınır. Şuşa dram teatrının aktyorları bu unudulmaz hadisəni Qubada Bəşir Səfəroğlu adına Mədəniyyət evində tamaşaçılar üçün səhnələşdirdilər.
Siyəzəndə keçirilən anım tədbiri rayon Mədəniyyət evində mövzusu Xocalı faciəsindən bəhs edən tamaşaya baxışla davam etdirilib.1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələrinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərində törətdiyi qətliamdan 28 il ötür.
Quba Rayon Qaraçay qəsəbə tam orta məktəbində Xocalı soyqırımının 28 illiyinə həsr olunan idman tədbiri keçirilib. Tədbirdə Quba Rayon Təhsil şöbəsinin metodisti Vüqar İmaməliyev, müəllim kollektivi və şagirdlər iştirak ediblər.








