Gələcəkdə də həftə sonları və bayram günləri ilə bağlı hərəkətə məhdudiyyətin tətbiqi nəzərdə tutulur. Ancaq bu barədə hələ qərar verilməyib.
Film şəhər kənarına ailə ziyafətinə gedən cütlükdən bəhs edir. Gündəlik, məişət məsələləri ilə bağlı cütlük arasında yaranan fikir ayrılığı gözlənilməz məqamlara səbəb olur.
Bu gün Dünya Ətraf Mühitin Mühafizəsi Günüdür.1972-ci il iyunun 5-də Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının iclasında tədbir iştirakçıları bu günün Dünya Ətraf Mühit Günü və ya Dünya Ətraf Mühitin Mühafizəsi Günü kimi qeyd olunmasına qərar veriblər.
1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Bu günün 1 iyun 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınıb.
Gördüyünüz kimi parklar uşaqlarsız qalıb,heç kəs gözə dəymir , keçən il bu tarixdə olduğumuz bu məkanda nəqədər balacalar var idi,hamısı bir 1 iyun uşaqlar bayramını qeyd edirdi.
Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmət saat 08:00-dan 22:00-dək həyata keçirilir.
Açıqlamasında ticarət mərkəzinin İdarə heyəti sədrinin müşaviri Mikayıl Qədimov deyib ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkədə iri ticarət mərkəzlərinin fəaliyyətinin bərpasına icazə verilməsi barədə qərarından sonra dərhal ticarət mərkəzinin idarə heyətinin toplantısı keçirilib:
20 May - Ümumdünya Metrologiya Günüdür.Müasir dövrdə metrologiyanın - ölçmələr üzrə elmin insan fəaliyyətinin bütün sahələrində, dünya iqtisadiyyatının və elmi-texniki tərəqqinin inkişafında aparıcı rolu danılmazdır.