Quba rayonunun Rük İnzibati Ərazi Dairəsinə daxil olan Zıxır kəndinin sakinləri illərdir iki ciddi problemdən əziyyət çəkirlər: bərbad yollar və rabitəsizlik.
Kənddə mobil telefon şəbəkəsinin və internetin normal işləmədiyi bildirilir. Yolların vəziyyəti isə xüsusilə yağışlı havalarda kənd sakinlərinin gediş-gəlişini daha da çətinləşdirir. Zıxırda rabitə məsələsi sakinlərin əsas narazılıq mənbələrindəndir. Mobil telefonla danışmaq, internetdən istifadə etmək üçün kənd sakinləri bəzən şəbəkə tutan ərazi axtarmağa məcbur qalırlar. Bu isə müasir dövrdə kəndin informasiya və kommunikasiya imkanlarından kənarda qalması deməkdir. Kənd sakinlərinin sözlərinə görə, yol və rabitə problemləri uzun müddət həllini tapmadıqca kənddə yaşamaq da çətinləşir. Onların gözləntisi sadədir: yaşadıqları kəndə normal yol çəkilsin, mobil rabitə və internet problemi həll olunsun. Çünki söhbət təkcə bir yolun və ya bir telefon antenasının olmamasından getmir. Söhbət insanların doğma kəndlərində yaşamaq imkanından, kəndin gələcəyindən gedir. İndi əsas sual aidiyyəti qurumlaradır: Zıxır kəndinin sakinləri bu problemlərin həlli üçün daha nə qədər gözləməlidirlər? Məsələ ilə bağlı aidiyyəti qurumların da mövqeyini eşitməyə, görülən və ya nəzərdə
