Ryazanın ekologiya fəalları yerli məişət və kimyəvi tullantılar poliqonunda “toy” fotosessiyası təşkil ediblər. Bu barədə Rusiya KİV-ləri istinadla xəbər verir ki, “bəylə gəlin” əleyhqaz geyinərək diqqəti
Turlatovo qəsəbəsi yaxınlığındakı qanunsuz zibilliyə cəlb etmək istəyiblər. Məhkəmə hələ 2011-ci ildə bu zibilliyi bağlamaq barədə qərar çıxarıb. Fotosessiyada yerli sakin Oleq Kabanov və model Vika Menşikova iştirak ediblər. İdeya müəllifi İrina Peçorina deyib: “Toy yeni ailənin yaranması deməkdir. Lakin bizim şəhərimizdə yeni gözəl ailələr ciddi problemlər fonunda yaranır”. Fəalın sözlərinə görə, çoxmənzilli binaların yaxınlığında yerləşən poliqon nəinki xoşagəlməz qoxu mənbəyidir, həm də həyat və sağlamlığa potensial təhlükədir. Turlatovo zibilliyi Listvyanka çayının yanındakı “Ximvolokno” zavodunun təmizləyici qurğularının yerində yaranıb. Məhkəmənin səkkiz il ərzində onun bağlanması haqqında bir neçə qərar çıxarmasına baxmayaraq, zibillik təmizlənməyib. Avqustun 12-də axşam saatlarında poliqonda yanğın baş verib. Alovu yalnız sentyabrın əvvəlində söndürmək mümkün olub.