ZƏRDABİ QƏSƏBƏSİNİN SU PROBLEMİ TEZLİKLƏ HƏLLİNİ TAPACAQ
Baxış sayı: 920
Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Zərdabi qəsəbəsində vətəndaşların səyyar qəbulunu keçirmişdir. Qəbulda rayonun bütün aidiyyəti idarə, müəssisə və təşkilatlarının rəhbərləri də iştirak etmişdir. Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev tərəfindən aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilmişdir.