ZƏNGİLANDA UŞAQ BAĞÇASININ TƏMƏLİ QOYULDU

Prezident İlham Əliyev Zəngilan şəhərində 160 yerlik uşaq bağçasının təməlini qoyub. dövlətimizin başçısına görüləcək işlər barədə məlumat verildi.

 

Bildirildi ki, uşaq bağçası bir hektar ərazidə inşa olunacaq. Məktəbəqədər təhsil müəssisəsinin ikimərtəbəli binasında qrup, inzibati, texniki və tibb otaqları, idman və musiqi zalları, mətbəx, camaşırxana yaradılacaq. Burada uşaqların rahatlığı, ilkin biliklərə yiyələnmələri və əylənmələri üçün hər cür şərait təmin ediləcək.Bağçanın həyətində oyun meydançaları salınacaq, avtodayanacaq və digər zəruri infrastruktur yaradılacaq.

Prezident İlham Əliyev uşaq bağçasının təməlini qoydu.