ZƏNGƏZURDA 60 MİNDƏN ÇOX AZƏRBAYCANLI QƏTL EDİLİB
Baxış sayı: 542
Tarixi Azərbaycan torpaqları olan İrəvan xanlığı ərazisi Zəngəzur, Göyçə mahalına ermənilər Ədirnə sülh müqaviləsindən sonra 1829-cu ildə kütləvi olaraq Şərqi Anadoludan köçürülməyə başlayıb. Ora köçürülən ermənilər öncə əraziyə yerləşib, daha sonra terror təşkilatları quraraq onları ora köçürən, dəstək olan dövlətlərin də köməkliyi ilə Azərbaycanlılara qarşı soyqırımlar, təxribarlar, qətliamlar törədərək Azərbaycanlıları sıxışdıraraq ərazidən çıxarmağa çalışıblar. Məqsədləri isə özlərinin olmayan bu ərazidə ermənistan dövləti qurmaq olub. Bu sözləri Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi Əfqan Vəliyev dedi. Əfqan Vəliyevin sözlərinə görə ermənilərin Azərbaycanlıların onların öz yurdlarından sıxışdırılması halları 1918-20-ci illərdə dha sürətli hal halıb.
Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisinin də dedidyi kimi ermənilərin Azərbaycanlılara qarşı törətdiyi təxribatlar nəticəsində 1947-53-cü illərdə 160 minə yaxın Azərbaycanlı İrəvan ərazisindən deportasiya edilib. Deportasiya bitdikdən sonra öz yurduna dönmək istəyən Azərbaycanlılar geri döndüklərində yüzlərlə yurd yerlərinin məhv edildiyini, yer üzündən silindiyi ilə qarşılaşırlar. Bublar azmış kimi dağıdılmayan kəndlərin adlarının dəyişdirildiyinin şahidi olurlar. Bu isə tarixi Azərbaycan torpaqlarından Azərbaycanlı kimliyini silmək siyasətinin bir hissəsi idi.
Bir zamanlar tarixi Azərbaycan torpaqları olan Zəngəzurdan, Göyçədən, İrəvan ərazisindən köçürülən insanların ən böyük arzusu böyük qayıdış yolu ilə o yurdlarına qayıtmaqdır. Əlbəttəki, dinc yolla, dünya ictimaiyyətinin diqqətinə bu torpaqların əsl sahiblərinin kim olduğunu çatdırmaqla.