ƏRDOĞAN Zəngəzur dəhlizi dərhal açılmalı və hərtərəfli sülh sazişi tezliklə həyata keçirilməlidir. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xarici İşlər
Naziri Ceyhun Bayramovu qəbul edərkən deyib. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prossesinin də müzakirə olunduğu görüşdə Ərdoğan Zəngəzur dəhlizinin dərhal açılmasının və hərtərəfli sülh sazişinin tezliklə həyata keçirilməsinin, bu prosses üçün vacibliyini vurğulayıb. Habelə Türkiyə-Azərbaycan ticarət həcmini 15 milyard dollara çatdırmaq üçün səylərin davam etdirildiyini bildirən Ərdoğan enerji və nəqliyyat sahələrində birgə əməkdaşlığın, hər iki ölkənin mənafeyinə uyğun olduğunu söyləyib. Transxəzər və Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətinə toxunan Türkiyə Prezidenti bu yollardan daha səmərəli istifadənin vacibliyini əlavə edib.