ZƏFƏRİMİZ QÜRURUMUZDUR!

“Əziz Şuşa sən Azadsan! Əziz Şuşa biz qayıtmışıq! Əziz Şuşa biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” Bu sözləri Azərbaycan respublikasının prezidenti, Ali Baş komandan İlham Əliyev ata vəsiyyətini yerinə yetirdiyini, Ulu Öndər Heydər Əliyevin və bütün Azərbaycan xalqının 28 ildən çox həsrətində olduğu torpaqlara qovuşmaq arzusuna çatdığını bəyan edəndə dedi. Düz 2 il öncə 2020-ci ilin 8 noyabrında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda və Şəhidlər xiyabanında oldular, burda Ulu öndərin abidsi ziyarət olunduqdan sonra ali baş komandan illər sonra da hər bir Azərbaycan Vətəndaşının qulaqlarında gurlayacaq, onlara Azərbaycanlı olmağın qürururnu yaşadan o çıxışını etdi. Və Şuşanın işğaldan azad edildiyi gün önəmli tarixi hadisə və böyük qələbə kimi Azərbaycan tarixinə Zəfər günü kimi yazıldı. Bu Zəfəri isə 44 günlük Vətən Müharibəsində hər gün Ali baş komandan İlham Əliyevin komandanlığı altında irəliləyən Azərbaycan Ordusu yazdı. Şəhidlərin al qanı ilə yazıldı bu şanlı tarix.