ZƏFƏR GÜNÜ QAZİ AİLƏSİNDƏ ƏKİZLƏR DÜNYAYA GƏLDİ

2023- cü il noyabr ayının 8-də, Zəfər günü I Qarabağ Müharibəsi iştirakçısı- qazi Zaur Gülməmmədovun əkiz qız övladları dünyaya gəlib. Əkizlərə Dərya və Dəniz adi verilib. Hazırda ailədə xoşbəxt anlar yaşanır. Əkizlərin atası Zaurun sevincinin həddi-hüdudu yoxdur. Söhbət zamanı deyir ki, .“9 ildir, bu günü gözləyirdik. Həkimlərə təşəkkür edirəm”. Dərya və Dəniz adı verilən körpələr ötən gün xəstəxanadan Zaur Gülməmmədovun döyüş yoldaşlarının iştirakı ilə evə buraxılıb. Qazinin xoş günündə də onu tək qoymayan döyüşçülər xüsusi bəzədilmiş avtomobillərlə ailəni Bakıdan Qubanın Küpçal kəndinə qədər müşayiət etdilər. Qazinin şad günündə onu təbrik etməyə gələnlər arasında Qırmızı qəsəbə bələdiyyəsinin sədri Yafo Yedadabayeva da var idi. Qeyd edək ki, Zaur Gülməmmədov ömrünü torpaqlarımızın azadlığına həsr edib, birinci Qarabağ müharibəsində torpaqlarımızı azğın düşməndən müdafiə etmək üçün dəfələrlə ağlr yaralanıb, əsir düşüb. Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə medallarla təltif olunub. Biz də Qafqaz TV kollektivi olaraq, Gülməmmədovlar ailəsini ürəkdən təbrik edir, yeni doğulmuş körpələrə tanrıdan sağlam can və xoşbəxt ömür arzu edirik.