ZƏFƏR GÜNÜ DÜNYAYA GƏLƏN QAZİ ÖVLADLARININ 1 YAŞI TAMAM OLDU
Baxış sayı: 11
Ötən il Zəfər günündə Qubanın Küpçal kəndində yaşayan, "Şəhid ailələrinə qayğı" cəmiyyətinin sədri, I Qarabağ müharibəsi qazisi Zaur Gülməmmədovun dünyaya gələn əkizlərinin bu gün 1 yaşı tamam olur. Zaur və Ofeliya Gülməmmədovlar qızlarını Dəniz və Dərya adlandırıblar. Əvvəlcə Zaur və Ofeliya Gülməmmədovlar qızları Dəniz və Dərya ilə birlikdə şəhidlər xiyabanını ziyarət etdilər. Zaur Gülməmmədov deyir ki, şəhidlərimizin uyuduğu bu xiyaban uşaqdan-böyüyə hər birimiz üçün müqəddəs məkandır. Bir neçə ildən sonra biz bir valideyin kimi evdə, müəllimləri isə məktəbdə onlara Şəhidlər haqqında danışacaqlar. Ancaq bu gün biz istəyirik ki, şəkillərdə gördükləri nurlu simalar, heç vaxt onların yadından çıxmasın. Əkizlərin 1 yaşı münasibəti ilə təşkil olunan tədbirdə əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda mübarizədə canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra çıxış edənlər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Zəfərdən danışıblar. Qeyd olunub ki, bu böyük Qələbə igid oğullarımızın qanı-canı bahasına əldə edilib. Azərbaycan xalqı öz Liderinin ətrafında sıx birləşərək Ordu-Xalq vəhdətinin möhtəşəm nümunəsini, eləcə də öz gücünü və mübarizliyini bütün dünyaya göstərib. Qeyd edək ki, şəhid və qazi ailələri, onların övladları dövlətin xüsusi diqqət və qayğısı ilə əhatə olunur. Vətən uğrunda döyüşən insanların ailələrinə və övladlarına xüsusi qayğı ilə yanaşmaq, hər birimizin vətəndaşlıq borcudur.
