YOLLARDA ÇEVİK İZLƏMƏ QURĞULARI OLACAQ

Əhmədbəyli-Füzuli-Şuşa, Füzuli-Ağdam və digər avtomobil yollarına Mobil Müşahidə Sitemləri quraşdırılıb. Bu sistem yol infrsatrukturu layihələrin icrasına bundan sonra həm də onlayn nəzarət etməyə imkan yaradır. Mobil Müşahidə Sitemlərinin qısa müddət ərzində iri yol layihələrinin icrası həyata keçirilən bütün ərazilərdə quraşdırılması nəzərdə tutulur. Təmir-bərpa olunan yollara artıq həm də online nəzarət etmək mümkün olacaq. Belə ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yol infrastrukturu layihələrinin icra olunduğu ərazilərə Mobil Müşahidə Sistemləri quraşdırır. Hazırda bu cür Mobil Müşahidə Sistemləri Əhmədbəyli-Füzuli-Şuşa, Füzuli-Ağdam, Muğanlı-İsmayıllı-Qəbələ və Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yollarında quraşdırılıb. Yaxın müddət ərzində bu cür sistemin digər yollarda da tətbiqi nəzərdə tutulub.