YEYİLƏ BİLƏN BİTKİLƏR

Deyək ki, yaşayış yerindən uzaqda, heç bir mağaza və super marketin olmadığı bir məkandasız və üzərinizdə qidalanacaq heç nə yoxdu. Bu zaman çıxış yolunu nədə görəcəksiz?

Əlbətdəki bir müddət səbr edib gözləyəcəksiz. Daha sonra aclıq güc gələndə isə ətrafınızda yeməyə nəsə axtracaqsız. Bu halla yaz-yay aylarında qarşılaşsaz o zaman ətrafınızdakı yaşıllıqlardan yararlanıb özünüzə yeyəcək tapa bilərsiz. Bəs hansı bitkinin yeyilə bilən, hansının zəhərli olduğunu necə bilmək olar. Bunun bir neçə yoxlama üsulları var.

  1. Bitkinin yarpağını əzin və iyləyin. Çürük və ya şaftalı, ya da badam iyi verən heçbir bitkini yeməyin.
  2. Dirsəyinizin iç tərəfində qalan yumşaq dəriyə yavaşça bitkinin suyunu sürtün. 20 dəqiqə gözləyin və dərinizdə qaşınma, qızarma və ya səpki olmadığını gözdən keçirin.
  3. Bitkinin kiçik bir parçasını 5 saniyə dodaqlarınıza sürtün və ardından 20 dəqiqə gözləyin. Əyər yanma, qaşınma, keyimə hissi yoxdusa bitkini ağzınızın kənarına, dilinizin ucuna və son olaraq dilinizin altına qoyun.
  4. Əgər dilinizin altında əcayib bir hiss yoxdursa kiçik bir parçanı udun və 5 saat gözləyin. Bu vaxt ərzində başqa heçnə yeməyin. Əgər bədəniniz heçbir pis reaksiya vermirsə bu, bitkini yeyə bilərsiniz deməkdir.