YERLİ MEYVƏ SORTLARINA OLAN TƏLABAT AŞAĞIDIR

Fermerlərin bağlarda xarici meyvə sortları becərməyə üstünlük vermələrinin səbəblərindən biri məhsuldarlığın yüksək olmasıdır. Amma cari ildə gavalı bağlarında məhsuldarlıq bol olsa da

fermerlər növbəti ildən xarici gavalı növləri becərəcəklərini bildirirlər. Səbəb isə istehlakçı qıtlığının olmasıdır

Məsələ ilə bağlı Quba Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Tanrıverdi İsmayılovla görüşdük.  Mütəxəssisn fikrincə Fermerləin bəziləri xaricdən alınan meyvə sortları yetişdirməyə üstünlük versələr də, yerli meyvə növlərini də yetişdirən fermerlər az deyil. Və respublikada emal müəssiləri çoxaldıqca yerli meyvə növlərinə, eləcə də gavalı sortlarına üstünlük verən istehsalçı və istehlakçıların sayı artacaq

Onu da nəzərinizə çatdıraq ki, ölkəmizdə bitən yerli gavalı növlərinin insan orqanizminə çoxlu faydaları var. Beləki, gün ərzində 5 gavalı yemək yaddaşa mənfi təsir edən zərərli sərbəst radikalları zərərsizləşdirir, ürəyi qoruyur. Gavalının tərkibindəki vitaminlər yüksək qan təzyiqinə nəzarət etməyə kömək edir.Ümumiyyətlə, həzm prosesini yaxşılaşdırır və stimullaşdırır. Son tədqiqata əsasən, gavalı yeyən insanların  onurğa sütunu və bazu sümüyünü möhkəmləndirir. Gavalı xüsusilə göz sağlamlığı üçün faydalıdır. Gavalıda tapılmış xüsusi vitaminlər qocalarda göz xəstəliyinin qarşısını alır. Və bu problemi aradan qaldırır.