YENİ YOL İSTİFADƏYƏ VERİLDİ

Qubada yol infrastrukturunun inkişafı diqqət mərkəzindədi. Beləki 47 kilometrlik Quba-Qonaqkənd avtomobil yolunun istismara verilməsi ilə bu yoldan istifadə edən kəndlərin sakinlərinin rahat gediş gəlişi təmin ediləcək. Yol idarəsinin iş icraçısı Tağı Tağıyev qeyd edir ki, bir zamanlar bu yolda iki maşınının yan-yana getməsi mümkünsüz idi. Yolların yararsız olması özəlliklə qış aylarında sakinlər üçün çətinliklər yaradırdı. Sözügedən yolun yenidən qurulması həm də əhalinin tədarük etdiyi aqrar məhsulları qısa vaxtda istədikləri ünvana çatdırmağa imkan yaradır.