Azərbaycanda ilk dəfə Xorvatiya, Ukrayna, Böyük Britaniya və Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun mütəxəssisləri tərəfindən yeni superintensiv texnologiya əsasında fındıq
bağlarının salınmasına başlanılıb.
Fındıq bitkisinin superintensiv texnologiya əsasında becərilməsi tinglərin sıxlaşdırılmış əkini hesabına torpaqdan daha səmərəli istifadə deməkdir. “Bu texnologiya üzrə fındıq bağlarının salınmasında əsasən 3x0,6m və 3x0,7m əkin sxemlərindən istifadə olunur. Qeyd olunan əkin sxemləri bir hektar sahəyə 4700-5500 ədəd fındıq tingi əkilməsinə və hektardan məhsuldarlığın 8-10 tona çatdırılmasına imkan yaradır”
Bu məqsədlə ölkəmizdə ilk dəfə müasir fındıq tingliyi yaradılıb. Ölkəyə yeni fındıq sortları gətirilib. Yeni üsulla salınan fındıq bağlarında quruma faizi demək olar ki sıfıra endirilib.
Quba və Zaqatalada “Fındıq bitkisinin becərilməsində müasir yanaşmalar”elmi-praktiki seminarlarda fermerlərə superintensiv texnologiya əsasında fındıq bağlarının salınmasına dair geniş məlumat verilib.