YAYDA NECƏ QİDALANMALIYIQ?

Yay mövsümü yaxınlaşır... Deməli qarşıdan meyvə və tərəvəzlərin bol olduğu mövsüm gəlir. Bu aylarda həm sağlam qidanlanmaq həm də arıqlamaq üçün meyvə və tərəvəzlərdən istifadə etmək ən düzgün seçim hesab edilir. Kalori dəyəri az, vitmin mineral dəyəri isə çox olduğu üçün tərəvəzlərdən istifadə etmək daha faydalıdır. Yay mövsümündə aktual olan məhsullar dedikdə ilk olaraq ağıla xiyar, pomidar, badımcan gəlir. Həmçinin mütəxəssislər tərəvəzlərdən hazırlanan yeməkləri həmin andaca yeməyi məsləhət görür. Sonraya saxlanıldığı halda yeməklərin həm qida dəyərliliyi azalır həm də tez xarab olur. Yayın vazkeçilməz tərəvəzlərindən biri də bibərdir. Bu məhsul orqanizmdə yığılan toksik məddələrin təmizlənməsinə kömək edir. Acı bibərdən istifadə etmək isə qan dövranını yaxşılaşdırır. Baş ağrısı və xroniki yorğunluğu olan insanlar bu tərəvəzdən mütəmadi istifadə edə bilərlər. Yay aylarında artıq çəki almamaq üçün meyvə qəbuluna da diqqət göstərmək lazımdır.