YAPONİYADA XƏSTƏLƏNMİŞ UŞAQLAR MƏKTƏBƏ ROBOT GÖNDƏRİR

Dərsə diqqəti artırmaq üçün hansı proqramdan istifadə olunur? Yüksək texnologiyaların inkişafı nəticəsində 100 insanın gördüyü işi artıq 5 robot asanlıqla görür. Inkişaf edən dünyamızda günü-gündən insanların işlərinin

rahat şəkildə görmək və vaxtlarına qənaət etmək üçün yeni ixtiralar olur. Bəs Yaponiyada olan haqqında danışacağımız robotların fərqliliyi nədədir? Növbəti sujetimizi izləsəz biləcəksiniz Artıq Yaponiyada bir məktəbdə dərsə gələ bilməyəcək qədər xəstə olan şagirdlər sinifə robot göndərir. Paytaxt Tokionun şimalında olan Kasama şəhərindəki Tomobe-Hiqaşi məktəbİNdə 31 oktyabrda həyata keçirilən pilot proqramda, xəstə şagirdlərƏ öz yerlərində iştirak etməsi üçün sinifə robot göndərməyə icazə verilir. Ori laboratoriyaları tərəfindən hazırlanan və Ori Hime adlandırılan robot, kiçik bir büst ölçüsündə və masa, sıra kimi səthlərdə dayana biləcək formada hazırlanıb. Qanada bənzəyən iki qolu olan robotun başında bir kamera var. Kamera sinifdən anlıq görüntüləri şagirdlərə ötürür. Robotun qolları və kamerası bir planşet vasitəsilə uzaqdan idarə oluna bilir. Məsələn robotun başını fərqli istiqamətlərə baxacaq formada nizamlamaq və ona əl yelləmək, işarə etmək və ya alqışlamaq kimi sadə emosional jestləri etdirmək olar. Şagirdlər, həmçinin mikrofona danışa biləR və Ori Hime səsi dinamiklər vasitəsilə sinifə çatdıra bilir. “Robotları idarə etmək asandır. Şagirdlər həqiqətən də dərsə qatıldıqlarını hiss edirlər. Bu proqramı daha geniş miqyasda həyata keçirməyi düşünürük”, - deyə məktəbin direktor müavini Noboru Taçi bildirib.