YAP QUBA RAYON TƏŞKİLATININ YARANMASININ 30 İLLİYİ QEYD OLUNUB
Baxış sayı: 443
Quba Rayon İcra Hakimiyyətnin və Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının birgə təşkilatçılığı ilə YAP Quba rayon təşkilatının yaranmasının 30 illiyinə həsr olunmuş yığıncaq keçirilib. Tədbir Ümummilli Lider Heydər Əliyevin abidəsinin ziyarət olunması ilə başlanıldı, iştirakçılar abidənin önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə dərin hörmət və ehtiramlarını ifadə etdilər. Sonra yığıncaq Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının akt zalında davam etdirildi. Tədbir Dövlət Himninin səsləndirilməsi və Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Çıxış edənlər qeyd ediblər ki, Heydər Əliyev dühasının Yeni Azərbaycan Partiyasının proqramında ifadəsini tapmış dövlətçilik strategiyası son 30 ildə bütün istiqamətlərdə Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanması, möhkəmləndirilməsi və inkişaf etdirilməsi prinsiplərinə söykənib. Quba rayon təşkilatının bütün üzvləri, bütün qubalılar Möhtərəm Prezidentimizin ətrafında sıx birləşərək, onun apardığı siyasəti dəstəkləyir və hər zaman olduğu kimi bu gün də onun yanındadırlar. Sonra partiya işindəki səmərəli fəaliyyətlərinə görə bir qrup şəxs fəxri fərman və qiymətli hədiyyələrlə təltif edildi. Tədbirin sonunda partiya sıralarına yeni qəbul olunmuş üzvlərə partiya vəsiqələri təqdim edildi.