YANĞIN 4 MİN HEKTARA YAXIN ƏRAZİYƏ ZİYAN VURUB

Avqustun 15-dən şimal bölgəsində başlayan yanğınların artıq qarşısı alınsa da yanğınlar bir neçə gündə 4 min hektara yaxın əraziyə ziyan vurub. Bunu jurnaıistlərə açıqlamasında ETSN-nin müavinin Firdovsi Əliyev deyib. Avqustun 15-dən Şimal bölgəsində baş verən yanğınlarla bağlı mübarizə tədbirləri davam etdirilir. Yanğınlar Şabran, Siyəzən, Quba və Xaçmaz rayonları olmaqla böyük ərazini əhatə edib. Yanğının söndürülməsinə Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər Nazirliklərinin, eləcə də müxtəlif dövlət qurumlarının nümaydələri iştirak edib. Yanğının söndürülməsi əməliyyatlarına FHN-nin yerli canlı qüvvəsi və texnikası ilə bərabər qonşu rayonlardan da texnika və canlı qüvvə cəlb edilib. Avqustun 19-da fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun iştirakı ilə respublikanın şimal bölgəsindəki yanğınlarla mübarizə tədbirlərinə həsr olunan əməliyyat müşavirəsindən sonra bölgədəki mövcud durumla bağlı jurnalistlərə açıqlama verən Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev bildirdi ki, göstərilən səylər nəticəsində yanğınların qarşısı alınıb və yanğın tezliklə tamamilə söndürüləcək. Quba rayon icra hakimiyyətinin başçısı həmçinin vurğuladı ki, yanğınların baş vermə səbəbləri araşdırılır, araşdırmalar bitdikdən sonra isə qanuna uyğun tədbirlər həyata keçiriləcək. Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev də Qubada media nümayəndələrinə verdiyi müsahibəsində yanğınların baş vermə səbəblərinin insan amili ilə bağlı olduğunu, ötən bir neçə gündə havanın güclü küləkli olmasının yanğının söndürülməsində yaratdığı çətinliklərdən danışaraq bildirdi ki, yanğınsöndürmə əməliyyatlarının yerinə yetirərkən anğınsöndürənlər boğulma təhlükəsi ilə üzləşiblər. Nazir müavinin sözlərinə əsasən yanğınlar nəticəsində ilkin hesablamalara görə bələdiyyə, dövlət fondu torpaqları, eləcə də meşələr olmaqla, ümumilikdə, 4 min hektara yaxın əraziyə ziyan dəyib.