Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin avqustun 26-sı saat 10:00-a olan bilgisinə əsasən, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış
yağıb. Əsasən, dağlıq və dağətəyi rayonlarda intensiv və güclü olub. Bildirilib ki, düşən yağıntının miqdarı Lənkəranda 49 mm, Astarada 34 mm, Lerikdə 31 mm, Yardımlıda 22 mm, Şəkidə 18 mm, Şamaxıda 17 mm, Balakəndə 13 mm, Ağstafa, Tovuz, Qax, Göygöl, Qrız, Qobustan, Zaqatala, Quba, Göyçay, Qusar, Gəncə, Şahdağ, Mingəçevir, Yevlax, Qəbələ, Xaltan, İsmayıllı, Daşkəsən, Şəmkir, Beyləqan, Altıağac, Sədərək, Gədəbəy, Naftalan, Ceyrançöl, Ağdam, Oğuz, Şabran, İmişli, Sabirabad, Cəfərxan, Neftçala, Göytəpə və Biləsuvarda 10 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 2 mm-dək olub.Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti 27-si səhərədək davam edəcək. 27-si gündüz və 28-də ölkə ərazisində hava şəraiti sabit, əsasən, yağmursuz keçəcək. Lakin gündüz saatlarında bəzi dağlıq rayonlarda qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək.