YAĞIŞLI VƏ QARLI HAVA BU TARİXƏDƏK DAVAM EDƏCƏK

Milli Hidrometeorologiya Xidmətinin aprelin 16-sı saat 6:00-a olan bilgiyə əsasən ölkə ərazisində saat 00:00 radələrində başlayan yağış, hazırda güclü leysan yağışına keçib və bəzi ərazilərdə şimşək çaxır. Milli Hidrometeorologiya Xidmətindən verilən bilgiyə görə Dağlıq ərazilərdə - Qubanın Qrız və Xınalıq kəndlərində, habelə Daşkəsən və Gədəbəydə qar yağır. Polis əməkdaşları hərəkət iştirakçılarının getdikləri ünvana təhlükəsiz şəkildə çatması üçün hazırda gücləndirilmiş rejimdə xidmətlərini davam etdirirlər. Hazırda Bakıda və Abşeron yarımadasında güclü küləklə müşayiət olunan leysan yağır. Ölkənin əksər yerli çaylarında yüksək sululuğun davam edəcəyi, əsasən dağ çaylarından sel və daşqın keçəcəyi gözlənilir.