YƏHUDİ XALQI 5783-CÜ İLİ QARŞILAYIR
Baxış sayı: 534
Dağ yəhudilərinin Qubada məskunlaşması XVIII əsrin ortalarına təsadüf edir. Həmin vaxt salınan yəhudi məhəllələrində 10-dan çox sinaqoq inşa olunub. Uzun illərdir buradakı yəhudilər Azərbaycanda yaşayan digər xalqların nümayəndələri ilə birlikdə, sülh və əmin-amanlıq şəraitində yaşayır, öz milli bayramlarını qeyd edir, bütün gələnəklərini qoruyub saxlayırlar. Bütün dünya yəhudilərinin, eləcə də Azərbaycanda yaşayan hər il əsasən sentyabr ayına təsadüfən edən yeni il bayramlarını Roşa-ha-şana bayramını qeyd edirlər.
Yəhudi təqvimi ilə Yeni ilin başlanğıcı sayılan bayram günündə qəsəbə sakinləri dualar oxuyur, ehtiyacı olanlara əl tutur, Tanrıdan günahlarının bağışlanmasını diləyirlər. Qırmızı Qəsəbədə yeni ilin gəlişi ilə bağlı icra olunan dini ayinlər qoç buynuzundan hazırlanan şeypurun səsləndirilməsi ilə yekunlaşır. Bayram süfrəsində dadlı təamlarla yanaşı, dəyirmi doğranmış yerkökü, balıq başı, nar, alma və balın olması vacibdir. Dəyirmi formada doğranmış yerkökü qızıl pulu, var-dövləti, süfrədəki balıq başı ailə başçısını, ailənin böyüyünü simvolizə edir. Bayram təamlarını dadarkən alma bala batırılaraq yeyilir ki, ilboyu ailədə şirinlik, isti münasibət hökm sürsün. Dənələnmiş nar isə ailənin böyüməsinə, yeni doğulacaq uşaqlara işarədir. İsaak Xanukov adına Qırmızı Qəsəbə məktəbinin direktoru, uzun illərdir Dağ yəhudlərinin kompakt yaşadığı Qırmızı Qəsəbəbdə yaşayan Yavuşva Simanduyev deyir ki, bütün bayramlar kimi Roşa-ha-şana bayramının öz gələnəkləri var.
Azərbaycanda multikulturalizm ənənələrinin yaşadıldığını qorunduğunudan danışan Yavuşva Simanduyev “Qafqazın Yerusəlimi” adını alan Qırmızı Qəsəbədə uzun illərdir öz gələnəklərini yaşatdıqlarını dedi
Onu da xatırladaq ki, yəhudilər yeni ili Vətəndə qarşılamağı vacib sayırlar. Odur ki, bu günlər xarici ölkələrdə olan qubalı dağ yəhudiləri Vətənə gəlir.