XUDAT ŞƏHƏRİNDƏ GÜCLÜ YANĞIN BAŞLAYIB

Şabran və Qubadan sonra Xaçmazın Xudat şəhərində də güclü yanğın başlayıb. Xaçmaz rayonunun Xudat şəhəri yaxınlağında meşə massivində güclü yanğın başlayıb. Yanğın Xudat şəhərinin 4-cü şöbə adlanan ərazisində biçilmiş taxıl sahəsi və meşə massivini əhatə edib. Təxminən ümumilikdə 30 hektara yaxın ərazi yanıb. Bundan başqa, Xudat-Xaçmaz magistralında hər iki istiqamətdə avtomobillərin təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə müvəqqəti qoyulan postlar axşam saatlarında aradan qaldırılıb. Yanğın baş verən əraziyə hal hazirda FHN-nin Xaçmaz və Qusar Dövlət Yanğından Mühafizə Hissəsinin 3 avtomobili və canlı qüvvəsi cəlb edilib. Meşə massivində baş verən yanğının yaxınlıqda olan yaşayış evləri və digər obyektlər üçün heçbir təhlükə yaratmayıb. Yanğının söndürülməsi və soyudulması istiqamətində tədbirlər davam etdirilir.