XOCALILILAR DANIŞDI
Baxış sayı: 483
Öncə Azərbaycanın dövlət himni səsləndirildi. Dövlət himninin ardıyca isə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin və qardaş Türkiyədə baş verən o dəhşətli zəlzələnin qurbanlarının əziz xatirəsi yad edildi. Daha sonra göstərilən qısa film çarxı isə görənlərin hər birinin qanını damrlarında dondurdu. Hər kəsi alıb 1992-ci ilin soyuq fevral günlərinə götürdü. Uşaq, qoca, qadın demədən neşə günhasız insan ya qətl edilmiş, ya da yerindən yurdundan didərgin düşərək donaraq həyatını itirmişdi. Öz isti yuvalarından didərgin düşən Xocalılılar o gecə əsrin ən böyük faciəsini yaşadıqlarından xəbərsiz idilər. Bir gecədə, Fevralın 25-26-na keçən gecə Xocalılılar 700-ə yaxın şəhid verdilər, özünü-müdafiə batalyonu yaradıb zaman zaman torpaqlarımıza göz dikən, öz havadarlarının diktəsi ilə gəmidə oturub gəmiçiyə saldıran erməni daşnakları ilə savaşdılar
Sədri Məmmədov 1 və İznur İsmayılov isə 3 yaşlarında olublar Xocalı faciəsi baş verən gecə. O gecəni anlayacaq və xatırlayacaq yaşda olmasalar da amma o gecənin mənzərəsini, acısını valideynləri ilə birgə yaşayıb, anlayıb, unutmayıblar.
Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr edilən anım tədbirində Quba rayon İcra hakimiyyəti başçısı aparatı rəsmiləri, eləcədə müxtəlif qurumların nümayəndələri iştirak etdi. Tədbirdə çıxış edən Quba rayon İcra hakimiyyətinin başçısı Ziyəddin Əliyev Xocalı faciəsini 20-əsrdə baş verən soyqırım və etnik təmizləmə hadisələri arasında ən dəhşətlisi adlandırıb. Tədbirdə Xocalı faciəsinə həsr edilən rəsm sərgisi müsabiqəsi qalibləri mükafatlandırılıb.Xocalı faciəsinin il dönümünə həsr edilən anım tədiri ədəbi-bədii kompazisiya ilə davam edib. Mədəniyyət Mərkəzinin aktyorları tərəfindən gəstrilən tamaşa tədbir iştirakçılarına təsirli anlar yaşadıb. Amma Xocalı faciəsini xatırladan tamaşa nə qədər təsirli oldusa 44-gündə 30 illik erməıni işğalına son qoyaraq torpaqlarmızı azad edən əsgərin çıxışı bir o qədər qürurverici oldu.