XARKOV ŞƏHƏRİ İNTENSİV ATƏŞƏ TUTULUR

Bir müddət idi ki, Xarkov şəhərində nisbi də olsa sakitçilik idi. Ancaq son günlər Rusiya qoşunları yenə də intensiv olaraq Xarkov şəhərini və ona yaxın olan əraziləri atəş altında saxlayır. Müharibənin getdiyi ən qızğın nöqtələrindən daha ətraflı bilgiləri bizə Qafqaz TV – nin Ukraynanın Xarkov şəhərindəki xüsusi nümayəndəsi Yunis Səfərov çatdırır. Yunis Səfərovdan aldığımız son bilgilərə görə bu dəqiqə də Xarkov şəhəri Rusiya ordusu tərəfindən raket atəşinə tutumağa davam edir.