XARİCİ ÖLKƏ RƏSMİLƏRİ ERMƏNİ VƏHŞİLİYİNİN ŞAHİDİ OLDULAR
Baxış sayı: 520
BİR QRUP XARİCİ ÖLKƏ RƏSMİLƏRİ QUBAYA SƏFƏR EDİBLƏR
ABŞ Konqresi üzvlərinin köməkçiləri və Azərbaycanın ABŞ-dakı Səfirliyinin nümayəndələri Quba rayonuna səfər ediblər. Səfər çərçivəsində qonaqlar Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevlə birlikdə rayonun bir sıra yerlərini ziyarət ediblər. İlk olaraq Quba Soyqırımı Memorial Kompleksinə gələn qonaqlara ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı haqqında ətraflı məlumat verilib. Bildirilib ki, 2007-ci il aprelin 1-də Qubada torpaq işləri görülərkən kütləvi məzarlıq aşkarlanıb. Bundan sonra kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyənləşib.
Daha sonra qonaqlar Qırmızı Qəsəbəni gəzib, dağ yəhudiləri icmasının üzvləri ilə görüşüblər.