XARİCDƏN İDXAL EDİLƏN MALLAR UCUZLAŞIR ?
Baxış sayı: 438
Azərbaycana idxal edilən malların buraxılışının həyata keçirilməsi ilə bağlı gömrük orqanına daxil olan müraciətə bir gün müddətində baxılması idxal olunan məhsulların qiymətlərinin ucuzlaşmasına səbəb ola bilər. Bəs ekspertlər bu barədə nə düçünür ?
Qeyd edək ki, Milli Məclis dekabrın 27-də keçirilən plenar iclasında Gömrük Məcəlləsində dəyişikliyi üçüncü oxunuşda qəbul edib. Dəyişikliyə əsasən, malların buraxılışının həyata keçirilməsi ilə bağlı gömrük orqanına daxil olan müraciətə (bəyannaməyə) bir gün müddətində baxılması və bunun əsasında malların buraxılışının təmin olunması təklif olunur. Əgər malın buraxılışı üçün gömrük dəyərinə müvafiq düzəlişlər edilməsinə zərurət yaranırsa, gömrük orqanı bu barədə bildirişi bəyannamənin gömrük orqanına təqdim olunduğu andan 24 saat ərzində müraciətçiyə təqdim etməlidir. Qanun layihəsi malların gömrük sərhəd buraxılış məntəqələrindən buraxılışının, xüsusilə gömrük dəyərinin müəyyən edilməsi zərurəti ilə əlaqədar buraxılışının təkmilləşdirilməsi, bu sahədə gömrük orqanlarının öhdəliklərinin gücləndirilməsi, nəticədə malların daha sürətli keçidinin təmin edilməsi məqsədilə hazırlanıb.