XARİCƏ SƏFƏR EDƏN AZƏRBAYCAN VƏTƏNDAŞLARININ SAYI 13,4% ARTIB

2019-cu ildə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki illə müqayisədə 13,4% artaraq 5 567,7 min nəfər olub.Bəs ölkə vətəndaşları ən çox hansı ölkələrə səfər edib?

Bu ilk ölkə vətəndaşlarının hansı ölkəyə daha çox getdiyi statistikasına baxsaq ,birinci yerdə,İran, daha sonra Gürcüstan və Rusiya gəlir.Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkə vətəndaşlarının 36,7%-i İrana, 28,9%-i Gürcüstana, 17,6%-i Rusiyaya, 11,4%-i Türkiyəyə, 5,4%-i isə digər ölkələrə gedib. Gedənlərin 64,1%-ni kişilər, 35,9%-ni isə qadınlar təşkil edib.Ötən il İrana gedən Azərbaycan vətəndaşlarının sayı 23,7%, Gürcüstana gedənlərin sayı 12,3%, Rusiyaya gedənlərin sayı 5,7%, Türkiyəyə gedənlərin sayı isə 4,6% artıb.Qeyd edək ki, 2019-cu ildə xarici ölkələrə səfər etmiş Azərbaycan vətəndaşlarının 82,6%-i dəmir yolu və avtomobil, 16,7%-i hava, 0,7%-i isə su nəqliyyatından istifadə edib.