XARİCƏ GEDƏN AZƏRBAYCAN VƏTƏNDAŞLARININ SAYI ARTIB
Baxış sayı: 423
2022-ci ilin yanvar ayı ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 21,9 faiz artaraq 109,3 min nəfər olub. Dövlət Statistika Komitəsindən bildirilib ki, Gürcüstana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 1,6 dəfə, Türkiyəyə gedənlərin sayı 18,4 faiz, İrana gedənlərin sayı 13,0 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 2,7 faiz artıb. O da qeyd olunub ki, ölkə vətəndaşlarının 38,2 faizi Türkiyəyə, 21,7 faizi Rusiya Federasiyasına, 10,5 faizi Gürcüstana, 9,0 faizi İrana, 20,6 faizi digər ölkələrə səfər edib. Gedənlərin 69,2 faizini kişilər, 30,8 faizini qadınlar təşkil edib.