Antiterror tədbirləri nəticəsində azad olunan Xankəndidə bərpa işlərinin həyata keçirilməsi nəzərdə tutulub. Bununla bağlı ölkəmizdə fəaliyyət göstərən sahibkarlar yanvarın 31- nə kimi
müraciət edə bilərlər. Məqsəd milli iqtisadiyyatın sürətli inteqrasiyasını və bu ərazilərə böyük qayıdışın təmin edilməsidir. Qeyd edək ki, həmin ərazilərdə fəaliyyət göstərən sahibkarlar 10 il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən, habelə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlar isə 10 il müddətinə, istifadə etdikləri xammal və materiallara görə ƏDV və gömrük rüsumundan azad olunurlar. Bundan başqa işğaldan azad edilən ərazilərdə işləyən sahibkarlara kommunal güzəştlər də nəzərdə tutulur.