XANƏGAHDA SALINAN YENİ KÖRPÜLƏR SAKİNLƏRİN BÖYÜK SEVİNCİNƏ SƏBƏB OLUB

Yeni körpülərin tikintisi ilə 400 metr uzunluğunda kənd daxili yol da asfaltlanıb Quba rayonunun Xanəgah kəndində Çağacıq çayı üzərində inşa olunan yeni körpülər və kənd daxili yolların əsaslı təmiri

bu yaşayış məntəqəsi sakinləri tərəfindən razılıqla qarşılanıb. İndiyədək Quba rayonunun Xanəgah kəndində Çağacıq çayı üzərində körpünün olmaması bu yaşayış məntəqəsi sakinlərinin sosial qayğılarının həllində çətinliklər yaradırdı.Kəndi iki hissəyə ayıran Çağacıq çayının bol sulu olduğu vaxtlarda isə narahatlıqlar daha da artırdı.Kənd sakinləri illər öncə bir ailənin 2 övladının məktəbdən gələrkən sel-suların əsiri olub dünyalarını dəyişmələrinin acısını hələ də yaşayır və bu barədə Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevin Xanəgahda keçirdiyi səyyar görüş-qəbulda məlumat veriblər.Dərhal xanəgahlıların bu narahatlığının aradan qaldırılması istiqamətindəki tədbirlərin icrasına başlanıb. Kənd ərazisində bir neçə yeni körpünün qısa müddət ərzində tikilib istifadəyə verilməsini xanəgahlılar sevinclə qarşılayıb və bunu kənd əhalisinin sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən mühüm tədbir kimi xarakterizə ediblər. Ictimaiyyət nümayəndələri dövlət başçımız İlham Əliyevin tapşırığı əsasında Rustov-Xanəgah yolunun asvalt olmasından,indi isə kənd daxili yolların asvaltlanması və çay üzərində yeni körpülərin tikintisindən razılıqla bəhs ediblər. Qeyd edək ki, Xanəgahda Çağacıq çayı üzərində yeni körpülərin tikintisi ilə 400 metr uzunluğunda kənd daxili yol da asvaltlanıb.Kənd sakinlərinin xahişi nəzərə alınaraq əlavə 1 km yolunda əsaslı təmirinə başlanıb.Artıq bu yolda torpaq-bərkitmə işləri başa çatdırılıb və yaxın günlərdə asfaltlanmasına başlanacaq