XAÇMAZDA POLİS ƏMƏKDAŞLARI ŞAGİRDLƏRLƏ BİRGƏ REYD KEÇİRDİBLƏR

Xaçmazda Polis əməkdaşları, orta məktəb şagirdləri ilə birgə maarifləndirici reyd təşkil ediblər. Reyd zamanı polis əməkdaşları ilə birgə rayonun Abamüslüm Səlimov adına 7 saylı tam orta məktəbinin şagirdləri də yola çıxaraq ,sürücülərə təhlükəsizlik qaydaları barədə suallar veriblər.Şagirdlərin saxla əmrinə tabe olmayaraq, maşını saxlamayıb gedən sürücülər də olub. Ümüd edirik ki, KİV-nümayəndələrinin də qatıldığı belə tədbirlərin keçirilməsi, yol hərəkəti mədəniyyətinin təbliği və maariflənmə işinə öz töhfəsini verəcək .