Bu körpü 1974-cü ildə tikilmişdi. 49 il idi ki, Köhnə Xaçmaz kəndi ərazisində Gəndob-
Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 27-ci kilometrliyində, Qudyalçayın yuduğu dayaqları üzərində dayanmışdı. Ancaq 15.09.2023-cü il tarixində bu yarım əsrlik körpü üzərində tikildiyi çayın sularına qarışdı. Bəs yeni təmir-bərpa işlərinin aparıldığı bu körpünün uçma səbəbi nə oldu?