Müasir dövrdə xərçəng xəstəliyinə yoluxan insanların sayı getdikcə artmaqdadır. Dünya əhalisinin bir hissəsi bu problemin həllini tapmaqda çarəsiz qalıb. Xərçəng
xəstəliyi hüceyrələrdə DNT –nin zədələnməsi nəticəsində hüceyrələrin idarəsiz vəya anormal şəkildə böyüməsi və çoxalması nəticəsində yaranır. Gün ərzində insan bədənində təxminən 10 min mutasiya olmasına baxmayaraq, immun sistemi hər milli saniyədə bədəni təmizləyərək xərçəng yaradan hüceyrələri məhv edir. Bu xəstəliyin təxminən 100 müxtəlif növü var. Hətta xərçəng xəstəliyinin simtomları da müxtəlifdir. Bu onun bədənin harasında yerləşməsindən, hara yayılmasından və şişin ölçüsündən asılıdır. Tibb işçilərinin çox zaman aciz qaldığı bu xəstəliyin müalicə yolları ilə bağlı müxtəlif fikirlər səslənməkdədir. 7 dəfə Nobel mükafatına layiq görülən həkim Conna Budviq ankoloji xəstələri təbii üsulla sağaldıb. 95 yaşında vəfat edən həkimin bu müalicə üsulu, 90 faiz xəstənin şəfa tapmasına səbəb olub. Həkim ömrü boyu kətan toxumu yağı və yağsız kəsmik diyetinin gücünü sübut edib. Həmçinin Conna günəşin yaratdığı D3 vitamininin bu xəstəliyə qarşı effektiv olduğunu da sübut edib. Həkimin uzun illər gizli saxladığı sirrin artıq üstü açılıb. Təzə kənd südündən hazırlanmış kəsmik, iki qaşıq kətan toxumu yağı və ya üyüdülmüş kətan toxumu və bir az qırmızı acı bibəri bir az qarışdıraraq hər gün bir dəfə taxta qaşıqla qəbul edilməlidir. Bu dərmanın qəbulu zamanı mütləq həkimlə də məsləhətləşmək lazımdır. Şəkərdən imtina edilməli, onu üzüm və ya üzüm şirəsi ilə əvəz etməlisiz. Heyvan piylərindən, mayonezdən, marqarin yağından və mənşəyi bilinməyən heyvan ətindən istifadə olunmamalıdır. Hər gün kök, çuğundur və kərəviz şirəsindən hazırlanan qarışıq qəbul edilməlidir. Nanə, üzüm yarpağı və qızılgüldən hazırlanan qarışımdan üç stəkan içilməlidir. Kimyəvi qatqılardan uzaq durmaq lazımdır.