VİRUSDAN AZAD MEYVƏ TİNGLƏRİ YETİŞDİRİLİR
Baxış sayı: 516
Azərbaycanda mikrocalaq üsulu ilə yeni vegetativ calaqaltılar yetişdirilir. Qubada yerləşən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun mütəxəsisslərinin sözlərinə əsasən ölkəmizdə virusdan azad əkin materiallarının yetişdirilməsi nəzərdə tutulur.
Kənd Təsərrüfatı Nazirliyinin Qubada yerləşən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda mikrocalaq üsulu ilə yeni vegetativ calaqaltıların alınması üzərində tədqiqat işləri görülür. Əldə olunan klon calaqaltı formaları quraqlığa, xəstəliklərə və zərərvericilərə qarşı davamlı olur. Mütəxəssislər bu calaqaltılar üzərində yetişdirilən meyvə sortlarının məhsuldarlığının daha yüksək olduğunu bildirirlər.