VERGİDƏN KİMLƏR AZAD EDİLDİ?
Baxış sayı: 530
Ələt Azad İqtisadi zonası haqqında qanuna dəyişiklər layihəsi Milli Məclisdə qəbul edildi. Dəyişikliklər qəbul edildikdən sonra azad iqtisadi zonada vergi tənzimlənməsi məsələsində yeni mexnizmlər tətbiq ediləcək. Əsas yeniliklərdən biri daxili hallarla qəbul edilən hallarda və azad zonada fəaliyyət göstərən azad zona hüquqi şəxslərinin bütün vergilərdən azad olmasıdır. Qanun layihəsi həm də əsas iqtisadiyyatın subyektləri üçün bir neçə hallarda vergidən azad olma istisnası tətbiq edir. Artıq əsas iqtisadiyyatın vergi ödəyiciləri azad zonaya satdıqları mallara görə əlavə dəyər vergisi göstərdikləri xidmətlərə görə isə ödəmə mənbəyində vergi tutmadan azad olacaqlar.