VALYUTA EHTİYATLARIMIZ ARTIB
Baxış sayı: 576
2022-ci ilin 6 ayında strateji valyuta ehtiyatları 1.8 faiz artaraq 54.2 milyard dollara yüksəlib. Xarici sektor göstəricilərinin yaxşılaşması valyuta bazarında təklif kanallarını genişləndirib. Bu, Mərkəzi Bankda təşkil olunan valyuta hərraclarında tələbin azalmasına səbəb olur.Bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımov mətbuat konfransında açıqlayıb. Taleh Kazımov onu da bildirib ki, Profisitli tədiyyə balansı şəraitində strateji valyuta ehtiyatlarının artması davam edir. Həmçinin Mərkəzi Bank Azərbaycanın 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyasını rəhbər tutaraq makroiqtisadi və maliyyə sabitliyi hədəflərinə nail olmaq üçün səylərini səfərbər edəcək.