VƏTƏNDAŞLARA SƏYYAR XİDMƏT GÖSTƏRİLİB

Əmlak Məsələləri Dövlət Komitəsinin mobil qeydiyyat xidməti ölkənin ən ucqar dağ kəndlərində olub. Səyyar ofislər Qubanın Susay, Alpan, Kürkün, Uzunmeşə, Gəray kəndlərində olmaqla birbaşa olaraq

vətəndaşlara qeydiyyat xidməti göstərdi, sakinlərdən əmlaka dair elektron çıxarışın hazırlanması üçün ilkin sənədlər toplandı.  Eyni zamanda çıxarış əldə etmək istəyən bir neçə yaşlı və fiziki məhdudiyyətli vətəndaşa komitə əməkdaşları tərəfindən xüsusi diqqət göstərilib. Belə ki, komitənin həyata keçirdiyi yeni kompaniya çərçivəsində yaşlı və fiziki qüsurlu insanlar da nəzərə alınıb. Belə ki, bu kataqoriyadan olan insanlara birbaşa mənzillərində xidmət göstərilir. Əmlak Məsələləri Dövlət Komitəsinin şöbə müdiri Qulu Xəlilovun sözlərinə görə, kompaniya çərçivəsində Qubanın 5 kəndindən olan 50-yə yaxın sakinə qeydiyyatla bağlı xidmət göstərilib. Əldə edilən ilkin sənədlər fərdi yaşayış evinə, həyətyanı torpaq sahələrinə, kənd təsərrüfatı təyinatlı torpaqlara aid olub.  Qeyd edək ki, kompaniyanın ölkənin digər ərazilərində də həyata keçrilməsi nəzərdə tutulub.