O, bir qəhrəmandır. Həm də Vətən Müharibəsi qəhrəmanı. O müharibə ki, yurdu uğrunda canından keçən şəhidlərinin qanı yerdə qalmadı, böyük bir zəfərlə sonlandı. Azərbaycanın
etnik tərkibinin zənginliyi, rəngarəngliliyi ilə seçilən rayonlardan biri olan Quba həm də qəhrəmanları ilə tanınır. Azərbaycan silahlı qüvvələrin polkovniki, Vətən müharibəsi Qəhrəmanı Nizami Mövlanov da bu yurdun qəhrəman oğullarından biridir.
Bəşir Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzinin və Quba rayon Mərkəzləşdirilmiş Kitabxana sisteminin təşkilatçılığı ilə Vətən Muharibəsi Qəhrəmanl Nizami Mövlanovla görüş keçirildi. Görüş Quba Uşaq İncəsənət Məktəbinin bacarıqlı şagirdlərinin çəkdikləri vətənpərvərlik mövzulu rəsmlərdən və xalqımızın zəfər tarixindən bəhs edən kitablardan ibarət sərgiyə baxışla başladı. Daha sonra öz qəhrəmanını gurultulu alqışlarla qarşılayan görüş iştirakçıları torpaqlalrımızın azadlığı uğrunda canından keçən igid vətən oğullarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər və Azərbaycan Dövlət Himnini səsləndirildi.
Görüşdə Quba rayon icra hakimiyyəti başçısı aparatının rəsmiləri, müxtəlif idarə təşkilatların nümayəndələri, qazilər və şəhidlərin ailə üzvləri, müəllim və tələbələr iştirak etdilər. “Tarixi yenidən yazırıq” adlı video çarxın göstərisindən sonra tədbirin aparıcısı və təşkilatçısı B. Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəızinin direktoru Ramiz Ramazanlı Vətən Müharibəsi Qəhrəmanı Nizami Mövlanovu səhnədə onun üçün ayrılan özəl kürsüyə dəvət etdi.
Vətən Müharibəsi qəhrəmanı, polkovnik Nizami Mövlanov görüşə gələn hər kəsə öz təşəkkürünü bildirərək vurğuladı ki, 44 günlük Vətən Müharibəsinin Böyük Zəfərlə bitməsi Ali Baş Komandan İlham Əliyev başda olmaqla hər bir Azərbaycanlınını qəlbində, ürəyində Vətən sevgisinin olmasının nəticəsi idi ki, bu sevgi xalqı bir yumruq kimi birləşdirdi və bu böyük zəfər əldə edildi.
Vətən Müharibəsi qəhrəmanı ilə keçirlən görüşün rəsmi hisəsində çıxış edənlər görüşün önəmindən danışaraq vurğuladılar ki, Azərbaycanın şanlı zəfər tarixi daha çox öyrənilməli, bu zəfər uğrunda savaşan qəhrəmanların heç biri unudulmamalı və tanıdılmalıdır.
Rəsmi hissə bitdikdən Vətən Müharibəsi qəhrəmanı gəncləri maraqlandıran soruları cavablandırdı.
Görüşdə Mədəniyyət mərkəzinin hazırladığı vətənpərvərlik mahnıları və ədəbi-bədii kompazisiya ilə davam etdi. Konsert proqramının Xudayar təsnifi ilə başlaması görüş iştirakçılarına təsirli anlar yaşatdı.
Görüş hərbiçilərimizin Azərbaycan bayrağını səhnəyə gətirmələri ilə sonlandı. Görüş iştirakçıları yurdun keşiyində aıq-sayıq dayanan igid əsgərlərimiz və 3 rəngli şanlı Azərbaycan bayrağını ayqüstə və gurultulu alqışlarla qarşıladılar.