VƏLVƏLƏ MƏKTƏBİNİN YOLUNA TRAMPLİN QURAŞDIRILACAQ

Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Vəlvələ kənd inzibati ərazi dairəsinin Paşaoba kəndində vətəndaşların səyyar qəbulunu keçirib. Qəbulda Quba Rayon Polis şöbəsinin rəisi, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etmişdir. Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə Rayon rəhbəri tərəfindən aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilmişdir.