ULUCANLAR HƏBSXANA MUZEYİNƏ TURİSTLƏRDƏ BU QƏDƏR MARAQ YARADAN SƏBƏB NƏDİR?

Ankarada 2019-cu ildə 400 mindən artıq turistin marağını cəlb edən bir muzey yerləşir. Haqqında danışacağımız muzey digərlərindən nə ilə fərqlənir?

Türkiyənin paytaxtı Ankarada yerləşən Ulucanlar Həbsxana Muzeyi 2019-cu ildə həm yerli həm də dünyanın 4 tərəfindən gələn tursitlərin marağını cəlb edib. Türkiyədə Ziyarət olunan muzeylər arasında ilk 10-luğa düşüb. Türk siyasi tarixinin ən əhəmiyyətli dayanacaqlarından biri olan Ulucanlar Həbsxana Muzeyi yataq otaqları, təcrid otaqları, zindan və karidorda səsləndirmələr ilə ziyarətçilərin böyük marağına səbəb olur. Muzeyə gələnlərin ən çox diqqətini çəkən yer isə 1925-ci ildən 2006-cı ilə qədər fəaliyyət göstərən Həbsxanada cəza çəkən ədəbiyyatçıların, jurnalistlərin və siyasətçilərin əşyaları olan otaqdır.