UKRAYNANIN Aİ - YƏ ÜZV SEÇİLMƏSİ MÜZAKİRƏ EDİLDİ

Ukrayna Prezidenti Volodimir Zelenski fransız həmkarı Emmanuel Makronla telefonla danışıb.Zelenski bu barədə özünün Tvitter səhifəsində məlumat verib. “Emanuel Makronla uzun və mənalı söhbətimizi tamamladıq. Biz döyüş əməliyyatlarının gedişi, hərbçilərin “Azovstal”dan təxliyəsi əməliyyatı və danışıqlar prosesinin perspektivləri barədə danışdıq. Ukraynaya yanacaq tədarükü məsələsini qaldırdım” – deyə Ukrayna lideri qeyd edib. Tərəflər həmçinin Fransanın Ukraynaya müdafiə dəstəyi, Rusiyaya qarşı 6-cı sanksiyalar paketinin hazırlanması və Ukraynanın kənd təsərrüfatı məhsullarının Avropaya ixracı məsələlərini müzakirə ediblər.Dövlət başçıları Ukraynanın Aİ üzvlüyünə namizəd statusu ilə bağlı müraciətini əsaslı şəkildə müzakirə ediblər.