UKRAYNA QƏRBİN QURBANI OLDU

Ukrayna kimi bir ölkə Avropa və Amerika oyunlarının qurbanı oldu. Bu gün demək olar ki, Ukraynadan əsər-əlamət qalmayıb. Ölkənin 40 milyondan çox olan vətəndaşından, bu gün cəmi

20 milonu Ukraynada yaşayır. Qalanları isə ya artıq həyatda yoxdur, yada ki, Avropada miqrant kimi ölüm-dirim sualı qarşısındadır. Amma nə olsun? Rusiya ki, Ukraynada bütün resuslarından istifadə edir, milyardlarla vəsait xərcləyir. Bu da faktdır ki, Rusiya kimi bir dövlət artıq zəifləyir və regionda nüfuzunu itirir. Qərb üçün Ukraynanaın darmadağın olmağının, əhalisinin böyük əksəriyyətinin qırılmağının heç bir fərqi yoxdur. Əsas məsələ odur ki, missiya reallaşsın. Kim bu missiyanı reallaşdırırsa, ona min alqış. Yox əgər kimsə deyilən xəttən kənara çıxsa, həmin an ona hücumlar başlayır. Məsələn - ən yaxın vaxtlara qədər Amerika və Avropa mediasının az qala qəhramanına çevrilmiş Volodimir Zelenski, bu gün elə həmin o  Amerika və Avropa mediasının anti qəhramanına çevrilib. Sən demə Zelenski rüşvətxor və korrupsioner imiş. Belə görünür ki, Zelenski hardasa, nə vaxtsa qoyulan bu xəttdən kənara çıxıb. Məhz elə bu səbəbdən də bu gün qərb mediası Zelenskini düşmən gözü ilə görür. Bax Avropa və Amerikanın əsl iç üzü budur. Nə qədər onların diqtəsi ilə oturub durursan, sənə dost münasibəti göstərirlər. Vay o gündən ki, diqtədən kənara çıxasan. Həmin dəqiqə ən böyük düşmənə çevrilirsən. Düşmənsə mütləq şəkildə ləkələnməli və devrilməlidir.