UŞAQLARIN BAYRAM SEVİNCİ
Baxış sayı: 1080
Quba rayon İcra hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Rayon İcra Hakimiyyəti aparatının məsul şəxsləri və rayonun hüquq –mühafizə orqanlarının rəhbərləri öncə Qubadanın Bağbanlı və Zərdabi qəsəbələrində yeni istifadəyə verilmiş körpələr evi-uşaq bağçasında olub, burdakı şəraitlə tanış olublar. Bağçada təhsil alan balacalarla görüşub onları qarşıdan gələn bayramlar münasibətilə təbrik edən Quba rayon icra hakimiyyətinin başçısı vurğuladı ki, bu gün dövlətimizin həyata keçirdiyi sosial-iqtisadi siyasətdə Azərbaycanın gələcəyi olan uşaqların təlim-tərbiyəsinin ən yüksək səviyyədə təşkili, onların sağlamlığının qorunması diqqət mərkəzində saxlanılır.