UŞAQ SƏFİRLƏRİ MƏCLİSİNDƏ NƏDƏN DANIŞILDI ?
Baxış sayı: 567
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə Uşaq Səfirlər Məclisi Quba, Xaçmaz və Qusar rayonlarını təmsil edən uşaqlar,şəhid və qazi övladlarının iştirakı ilə təlim keçirdi.Təlimin keçirilməsində əsas məqsəd uşaqların öz hüquqları ilə bağlı qərarların qəbul edilməsində iştirakını təmin etmək, onlara öz problemləri ilə bağlı təşəbbüslərlə çıxış etmək, təkliflər vermək imkanı yaratmaq, həmçinin ictimayyətin diqqətini uşaq hüquqlarının qorunmasına yönəltməkdir. Uşaq Səfirlər Məclisinin keçirdiyi təlim toplantısında eni zamanda məclisin “cac.info.az “ adlı veb saytının təqdimat mərasimi keçirildi. Sayt haqqında təlim iştirakçılarına bilgi verən Ayan Əhmədova saytda xüsusi istedadı ilə seçilən, respublika, eləcə də, beynəlxalq səviyyəli müsabiqələrdə yüksək nailiyyətlər əldə etmiş uşaqların tanıdılmasını qeyd etdi.