UŞAQ BAĞÇALARINA QƏBULA QEYDİYYAT BAŞLADI

Övladını məktəbəqədər təhsil müəssisələrinə qoymaq istəyən valideynlər bu gündən etibarən növbəyə yazılma prossesinə qatıla bilərlər. Bu gündən ölkənin bütün şəhər və rayonları üçün uşaqların məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılması prosesinə start verilib. Növbələr 1 ay müddətində müraciət edilən məktəbəqədər təhsil müəssisəsində boş yerlər olduğu halda sorğuya çevriləcək. Valideynlər sorğu qəbul edildikdən sonra 15 gün ərzində sənədləri müvafiq müəssisəyə təqdim etməlidir.Əks təqdirdə sorğu sistem tərəfindən silinəcək və növbəli şəkildə başqa uşağın qəbulu aparılacaq. Elektron qəbul sistemi 15-21 sentyabr 2022-ci il tarixlərində qrupların komplektləşdirilməsi səbəbindən müvəqqəti dayandırılacaq. Komplektləşmə prosesi bitdikdən sonra uşaqların məktəbəqədər təhsil müəssisələrində boş yerlərə qəbulu ilboyu davam edəcək.